Günün transfer xəbərləri: Puç "Barselona"dan ayrılmaq istəyir

Günün transfer xəbərləri: Puç "Barselona"dan ayrılmaq istəyir

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Calciomercato" nəşri: "Napoli" Fabian Ruisə yeni müqavilə təklif edib. A Seriyası təmsilçisi ispan yarımmüdafiəçini 3,5 milyon avro müqabilində 2027-ci ilə qədər klubda saxlamağı planlaşdırır.

"Mundo Deportivo" nəşri: "Rikard Puç "Barselona"dan ayrılmaq niyyətindədir. Əsas heyətə düşməkdə çətinlik çəkən 22 yaşlı futbolçu klubunu dəyişmək qərarına gəlib.

Bruno Andrade "Uol ESPorte" saytının jurnalisti: "Arsenal" "Mançester Siti"nin hücumçusu Qabriel Jezusun transferi ilə bağlı danışıqları davam etdirir. Mançester təmsilçisi futbolçuya görə 60 milyon avro istəyir. "Arsenal" isə 50 milyon avro ödəmək fikrindədir. Braziliya forvarda 5 illik müqavilə təklif edilib.

Fabritsio Romano, insayder: "Aston Villa" və "Barselona" arasında Filipe Koutiyonun transferi ilə bağlı razılaşma əldə edilib. Tezliklə transferin ictimaiyyətə elan ediləcəyi gözlənilir.

"İnter"in aş direktoru Cüzeppe Maritt: "Dibala əla futbolçudır. Bir çox klubun onu azad agent qismində komandasında görmək istəyəcəyini düşünürəm. Dibalanın keyfiyyətlərini yüksək qiymətləndirirəm".

Baş tutmuş transfer xəbərləri:

Cerri Sen-Jüst (25 yaşlı müdafiəçi)

"Maints 05"dən (Almaniya)  "Sportinq"ə (Portuqaliya) keçib. Transfer məbləği 10 milyon avro olan futbolçu klubla 3 illik müqavilə imzalayıb.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər