Qış "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.
"Calciomercato" nəşri: "Yuventus" hələ də Denis Zakariyanı almaq niyyətindədir. Turin klubu Aaron Remzi və Arturdan qurtulmağa, Zəkəriyyəni dəvət etməyə tələsir.
Dan Kinq (The Sun): PSJ hazırda "Kristal Pelas"da icarədə olan "Çelsi"nin yarımmüdafiəçisi Konor Qallageri hədəfləyir.
Fransız jurnalist Hadrin Grenyer: PSJ Usman Dembele ilə maraqlanır. 24 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsi 6 aya başa çatır və Mbappe gedərsə, fransızlar onu imzalamağa çalışacaqlar.
Sport-Express-in jurnalisti Konstantin Alekseev: "Dinamo" və "Lokomotiv" Fyodr Smolovun transferi ilə bağlı razılığa gəlib.
"Bilıd" nəşri: "Fənərbağça"nın yarımmüdafiəçisi Məsut Özil Türkiyənin "Çorum" klubunu ala bilər. Klub Türkiyənin 3-cü divizionunda çıxış edir. Klubun alınması Özilə 1,3 milyon avroya başa gələ bilər.
Canluka Di Martsio: Jeremi Boqa tibbi müayinədən keçmək üçün bu səhər Milan şəhərinə gəlib. Oradan Berqamoya yollanacaq. "Atalanta" "Sassuolo" ilə 22 milyon avro + 2 milyon avroya bonus olaraq transfer barədə razılığa gəlib.
Baş tutmuş transfer xəbərləri:
Aaron Konnolli (21 yaşlı irlandiyalı hücumçu)
"Brayton"dan (İngiltərə) "Midlsbro"ya (İngiltərə) 2021/22 mövsümünün sonuna kimi icarə. Bu mövsüm o, altı oyun keçirib və iki qol vurub. İrlandiya millisinin heyətində 8 oyun keçirib.
Dario Tsvitaniç (37 yaşlı hücumçu)
"Rasinq"dən (Argentina) "Befild"ə (Argentina). Azad agent. “Ayaks”ın və “Nitsa”nın keçmiş futbolçusu 2003-2008 və 2017-2018-ci illərdə çıxış etdiyi doğma klubuna qayıdıb.
Rafael Çihos (31 yaşlı müdafiəçi)
"Köln"dən (Almaniya) "Çikaqo Fayer"ə (ABŞ) Transfer məbləği: 455 min avro. Müqavilə 31 dekabr 2024-cü ilə qədər. Bu mövsüm o, 18 oyun keçirib və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Evgeni Çeberko (23 yaşlı müdafiəçi)
LASK-dan (Avstriya) - "Osijek"ə (Xorvatiya) Transfer məbləği - 500 min avro. Müqavilə 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Emin Şəmsiyev