Günün transfer xəbərləri: Pandev qocalmaq bilmir

Günün transfer xəbərləri: Pandev qocalmaq bilmir

Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.  "Goal.Com" idman xəbəri saytı: "Real Madrid" və "Arsenal" Martin Edeqorun (Martin Odegaard) london klubuna transferi ilə bağlı danışıqlar aparır. 22 yaşlı futbolçunun "topçular"ın heyətinə keçməsi real görünür.Transferin məbləği 40 milyon avro olacaq.

"Cenoa" klubunun mətbuat xidməti: Qoran Pandev (Goran Pandev) "Cenoa" ilə 2021/22 mövsümünün sonuna qədər müqaviləsini yeniləyib.

Baş tutmuş transfer xəbərləri:

Co Uillok (Joe Willock) (21 yaşlı ingiltərəli yarımmüdafiəçi)

"Arsenal"dan (İngiltərə)  "Nyukasl"a (İngiltərə) keçidini reallaşdırıb. 

Transfer məbləği 30 milyon avro olan futbolçu klubla 6 iilik müqavilə imzalayıb.

Pedro Roşa (Pedro Rocha) (26 yaşında vinger)

"Spartak"dan (Rusiya)   "Atletiko Paranense"yə (Braziliya) keçidi baş tutub. Mütləq satınalma ilə bir il müddətinə icarəyə verilib.

Emin Şəmsiyev  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər