Günün transfer xəbərləri: Neymar PSJ-dən narazıdır

Günün transfer xəbərləri: Neymar PSJ-dən narazıdır

Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Jurnalist Adrian Qrenye: "Neymar komandada özünü rahat hiss etmir və klubunu dəyişməyə hazırdır. Braziliyalı futbolçunu heyətinə qatmağa ən real namizəd "Çelsi"dir".

Canluka Di Martsio, insayder: "Sassuolo" Canluka Skamakka üçün təxminən 50 milyon avro istəyir. PSJ 40 milyon avro təklif edir". 

"Matesy De Liqt getsə, "Yuventus" Presnel Kimpembeni transfer etməyə çalışacaq".

"Roma" bu gün Zeki Çelik üçün 7 milyon avro təklif edəcək".

"Roma" Davide Frattesi üçün 20 milyon təklif edib"

"Fiorentina" tezliklə "Lester"ə Dennis Prat üçün 7 milyon avro təklif edəcək".

"Şaxtyor"un müdafiəçisi Marlonla "Monza" və "Fiorentina" maraqlanır".

"Barselona"nın fransalı müdafiəçi Kleman Lanqle növbəti mövsümə "Tottenhem"də başlayacaq. O, 2022/23 mövsümünün sonuna qədər icarə əsasında İngiltərə təmsilçisinin formasını geyinəcək".

Fabritsio Romano, insayder: "Arsenal" 10 milyon avroya Lukas Torreyranı satacaq".

"Vest Hem" Arno Danjumanın transferi üçün "Vilyarreal"la danışıqlar aparır. İngiltərə klubu bu futbolçuya görə ispanlara 45 milyon avro ödəməyə hazırdır".

"Vilyarreal" yarımmüdafiəçisi Ömər Sadiqlə vidalaşmağı, yerinə başqa futbolçu tranfer etməyi planlaşdırır".

"Tottenhem" "Everton"un hücumçusu Rişarlisonun nümayəndələri ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb".

Matteo Moretto, insayder: "Mançester Siti"nin müdafiəçisi Natan Ake 40 milyon funt-sterlinq qarşılığında "Çelsi"yə keçəcək". 

"Athletic UK" nəşrinin jurnalisti Adam Levental: "Mussa Sissoko 1,7 milyon funt-sterlinqə "Nant"a keçib". 

Jerar Romero, jurnalist: "Barselona"nın baş məşqçisi Xavi və "Bayern Münhen"in hücumçusu Robert Levandovski İbitsadakı restoranda bir araya gəliblər".

Günün transfer xəbərləri: Neymar PSJ-dən narazıdırGünün transfer xəbərləri: Neymar PSJ-dən narazıdır

Saymon Collinqs, "Evening Standard": "Arsenal" U23 və U18 komandaları üçün məşqçi axtarır. "Topçular" hazırda klubun keçmiş oyunçusu Cek Uilşirlə danışıq aparır".

Baş tutmuş transfer xəbərləri: 

Yuventus"un 35 yaşlı sabiq müdafiəçisi Domeniko Krişito azad agent qismində "Toronto"ya keçib. 

Günün transfer xəbərləri: Neymar PSJ-dən narazıdır

25 yaşlı yarımmüdafiəçi Yens Steyc "Kopenhagen"dən "Verder Bremen"ə keçib. Transfer məbləği 4 milyon avro olan futbolçu klubu ilə uzunmüddətli müqavilə imzalayıb.

Günün transfer xəbərləri: Neymar PSJ-dən narazıdır

25 yaşlı hücumçu Oliver Burke azad agent qismində "Şeffild Yunayted"dən "Verder Bremen"ə keçib.

Günün transfer xəbərləri: Neymar PSJ-dən narazıdır

Paulo Fonseka "Lill"in yeni baş məşqçisidir. Müqavilə müddəti 2023/24 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Günün transfer xəbərləri: Neymar PSJ-dən narazıdır

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər