Günün transfer xəbərləri: Mbappe və Holanda veriləcək maaş açıqlandı

Günün transfer xəbərləri: Mbappe və Holanda veriləcək maaş açıqlandı

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Calciomercato" nəşri: "Tottenhem"in baş məşqçisi Antonio Konte keçmiş komandası "İnter"dəki Alessandro Bastonini Hotspur təmsilçisində görmək istəyir. "İnter" futbolçu ilə vidalaşmağa tələsməsə də, yaxşı təklif olacağı halda, Bastonini sata bilər.

"Estadio Deportivo" saytı: “Atletiko Madrid” “Real Betis”in yarımmüdafiəçisi Qvido Rodrigesi heyətinə qatmağa hazırlaşır.

"El Nacional" nəşri: Kriştianu Ronaldu PSJ-ni "Barselona"dan üstün tutacaq. Portuqaliyalı futbolçu Xavi ilə işləmək istəmir. Zidan PSJ-yə gələcəyi halda, Kriştianu Fransa klubuna keçəcək. 

İnsayder Canluka Di Martsio: "Real Madrid" Mbappeyə 100 milyon avro bonus olaraq ildə 50 milyon avro dəyərində 5 illik müqavilə təklif edir. Onlar transferin baş tutacağına şifahi razılıq veriblər.

İnsayder Canluka Di Martsio: "Mançester Siti"nin Holand üçün təklifi: Transfer: 75 milyon avro (təzminat). Futbolçunun meneceri Rayola və atası üçün komissiya: 70 milyon avro. Əmək haqqı: illik 30 milyon avro.

İnsayder Fabritsio Romano: Dortmund "Borussiya"sı Adeyeminin transferi üzərində işləyir. Artıq futbolçu özü də Almaniya klubuna keçməyə hazırdır. “Borussiya” və “Zaltsburq” hələ də transfer məbləğini razılaşdırmağa çalışır.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər