Günün transfer xəbərləri: "Mançester Yunayted" Qnabriyə göz dikib

Günün transfer xəbərləri: "Mançester Yunayted" Qnabriyə göz dikib

Qış transfer pəncərəsi dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.

"UOL" saytı: "Flamenqo"  Andreas Pereyranın maliyyə hüquqlarının 75%-ni almaq üçün "Mançester Yunayted"lə şifahi razılıq əldə edib..

"Sky Germany" nəşri: "Mançester Yunayted"  "Bayern Münhen"in futbolçusu Serj Qnabri ilə bağlı vəziyyəti izləyir. 

"Fiorentina News" saytı: "Fiorentina" Aleksandr Kokorini fevralın 22-dək, yəni Rusiyada transfer pəncərəsi bağlanana qədər cüzi məbləğə satmaq niyyətindədir. Əgər futbolçunun alıcısı olmasa, A Seriyası klubu təzminat ödəyərək hücumçu ilə müqaviləni pozacaq. 

"Futbol24" saytı: Aleksandr Kokorin Florensiya küçələrində azarkeşlər tərəfindən fitə basılıb. Fanatlar ondan İtaliyanı tərk etməsini tələb edir.

Baş tutmuş transfer xəbərləri: 

Didye Lamkel Ze (25 yaşlı hücumçu)

"Antverpen"dən (Belçika) "Ximki"yə (Rusiya) keçib. Futbolçu cari mövsümün sonuna qədər icarədə olacaq.

Nikola Kaliniç (34 yaşlı hücumçu)

"Hellas Verona"dan (İtaliya) "Hayduk"a (Xorvatiya) transfer olunub. Futbolçu yeni klubuna azad agent qismində keçib.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər