Günün transfer xəbərləri: "Qalatasaray"dan yeni transfer

Günün transfer xəbərləri: "Qalatasaray"dan yeni transfer
Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir. 
 
"Atletiko Madrid" klubunun mətbuat xidməti: 30 yaşlı müdafiəçi Stefan Saviç (Stefan Savic) "Atletiko Madrid"lə müqaviləsini 30 iyun 2024-cü ilə qədər uzadıb
Canluka Di Martsio idman jurnalisti: Romelu Lukaku və agenti Federico Pastorello "Çelsi" ilə müqavilə bağlamaq üçün Fransadan Londona uçub.
"Football London" idman xəbəri agentliyi: "Arsenal" klubu "Şeffild Yunayted"dən 23 yaşlı qapıçı Aaron Ramsdeyli (Aaron Ramsdale) 30 milyon funt sterlinqə transfer etməyə yaxındır.
Baş tutmuş transfer xəbərləri:
 
Mateus Enrike (Mateus Enrique) (23 yaşlı braziliyalı futbolçu)
"Qremio"dan (Braziliya)  "Sassuolo"ya (İtaliya) keçidi baş tutub.
Satınalma hüququ ilə 3 illik icarə əsasında oynayacaq.
Ruan Tressoldi (22 yaşlı braziliyalı futbolçu)
"Qremio"dan (Braziliya)  "Sassuolo"ya (İtaliya) keçidi baş tutub.
Transfer məbləği 5 milyon avro olan futbolçu 2025-ci ilə qədər müqavilə imzalayıb.
Viktor Nelsson (Victor Nelsson) (22 yaşlı danimarkalı futbolçu)
"Kopenhagen"dən (Danimarka)  "Qalatasaray" (Türkiyə) klubuna keçib.
Transfer məbləği 7 milyon avro olan futbolçu klubla 5 illik müqavilə bağlayıb.
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər