Günün transfer xəbərləri: "Liverpul"un futbolçusu "Adanaspor"da

Günün transfer xəbərləri: "Liverpul"un futbolçusu "Adanaspor"da

Qış "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.

İdman jurnalisti Sezar Luis Merlo: "Flamenqo" Ezekel Barko üçün mübarizəyə qoşulub.  Futbolçunun klubu "Atlanta Yunayted" ilə danışıqlar başlayıb. Braziliya təmsilçisi yaxın günlərdə Barko üçün təklif göndərməyi planlaşdırır.

İdman jurnalisti Matteo Moretto: Dieqo Kosta Braziliyada qalacaq. O, "Korintians"la 1,5 illik müqavilə imzalamağa yaxındır.

İdman jurnalisti Yağız Sabuncuoğlu: Türkiyənin "Adana Dəmirspor" klubu braziliyalı futbolçu Bernard Duarteyə rəsmi təklif göndərib.

"Bordo"nun rəsmi saytı: Qreqori Kupe "Bordo" klubunun yeni qapıçılar üzrə məşqçisidir. Qreqori Kupe "Lion"da oynaması ilə tanınır. O, həmçinin "Sent-Etyen", "Atletiko Madrid" və PSJ-də də oynayıb. Karyerasını 2011-ci ildə başa vurub.

İdman jurnalisti Canluka Di Martsio: "İnter"in futbolçusu Stefano Sensi mövsümün sonuna qədər icarə əsasında "Sampdoriya"da çıxış edəcək.

* "Milan" Pietro Pelleqrini almaq və sonra onu "Torino"ya icarəyə vermək üçün "Monako" ilə danışıqlar aparır.

* "Arsenal" "Yuventus"un futbolçusu Arturla müqavilə bağlamaq istəyir, lakin "byankonerilər" braziliyalı futbolçunu buraxmazdan əvvəl alternativ tapmalıdır.

*  Denis Zakaria son həftələrdə "Borussia Mönhenqladbax"la müqaviləsini yeniləməyəcəyini açıqlamışdı. "Yuventus" Arturu əvəz edə biləcək isveçrəli futbolçu ilə bağlı Almaniya klubu ilə əlaqəni bərpa edib.

* "Yuventus" Antoni Marsiala "göz dikib". Futbolçunun agentləri ilə danışıqlar gedir.

* Bruno Labbadia çərşənbə axşamı İtaliyaya gələcək. O, "Cenoa"da Andrey Şevçenkonu əvəzləyəcək.

"Fichajes" nəşri: "Mançester Siti" "Barselona"dan Niko Qonzalesi transfer etməyə hazırdır. Kataloniyalılar yetirməsini baha qiymətə satmağa hazırdır.

Baş tutuş transfer xəbərləri:

Fernando Lukas Martins (29 yaşlı yarımmüdafiəçi)

"Beytszin Qoan"dan (Çin) "Antalyaspor"a (Türkiyə) Pulsuz agent. Müqavilə 2022/23 mövsümünün sonuna qədər.

Davide Biraski (27 yaşlı müdafiəçi)

"Cenoa"dan (İtaliya) "Fatih Karagümrük"ə (Türkiyə) icarəyə verilib. Müqaviləsinin müddəti 2021/22 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Patrik Volemark (20 yaşlı vinger)

"Haken"dən (İsveç) "Feyenord"a (Hollandiya) transfer olunub. Transfer məbləği - 3,5 milyon avro. 

Cordon Ayb (26 yaşlı vinger)

"Derbi Kaunti"dən (İngiltərə) "Adanaspor"a (Türkiyə) transfer olunub. Azad agent qismində keçən futbolçu klubla 3,5 illik müqavilə imzalayıb. "Liverpul"un keçmiş futbolçusu ötən yaydan klubsuz qalıb.

Çikinyo (21 yaşlı cinah oyunçusu)

"Eştoril Praia"dan (Portuqaliya) "Vulverhempton"a (İngiltərə) keçib.

Transfer məbləği - 3,5 milyon avro + bonus olaraq 1,5 milyon avro. Müqavilənin müddəti 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulub. 

Tonny Villena (27 yaşlı yarımmüdafiəçi)

"Krasnodar"dan (Rusiya) "Espanyol"a (İspaniya) keçib.

2021/22 mövsümünün sonuna qədər satınalma seçimi ilə icarədə olacaq. O, "Krasnodar"ın heyətində 79 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə verib.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər