Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Sport.Es" saytı: "Memfis Depay "Barselona"da qalmaq istəyir. Niderlandlı futbolçu "Barselona"dakı ilk mövsümündən məyus olaraq bu yay özünə yeni klub tapmaq istəsə də, indi fikrini dəyişib və onun qərarı qətidir. Depayın daha bir mövsüm Kataloniya klubunda qalacağı gözlənilir".
"Fichajes" nəşri: "Yuventus" və PSJ Paris klubunun futbolçusu Leandro Paredesin transferi barədə danışıqlar aparır. PSJ yay transfer pəncərəsində bir neçə futbolçunu sataraq komandada böyük dəyişiklik etməyi planlaşdırır".
"The Times" nəşri: "Arsenal" yay transfer pəncərəsində Lautaro Martinesi transfer etmək fikrinə qayıdıb. "Topçular" Çempionlar Liqasına vəsiqə qazanması ehtimalının hesabına argentinalı futbolçunu heyətə cəlb edə biləcəklərinə inanırlar".
"Marca" nəşri: "Barselona" Adama Traorenin transfer hüquqlarını almamaq qərarına gəlib. Kataloniya klubunun prioritet hədəfi Usman Dembelenin yeni müqaviləsidir ki, bu futbolçunu da ancaq ciddi maaş artımı ilə heyətdə saxlamaq olar".
"El Nacional" nəşri: "Karlo Ançelotti "Real Madrid" rəhbərliyindən "Çelsi"nin futbolçusu Ris Ceymsi transfer edilməsini istəyir. İtaliyalı mütəxəssis onu növbəti mövsüm üçün əsas sağ cinah müdafiəçisi kimi görür".
ESPN nəşri: "Cessi Linqard uğrunda mübarizədə “Milan” və “Yuventus” digərlərindən bir addım öndədir. "Mançester Yunayted"in 29 yaşlı oyunçusu iyun ayında azad agent olacaq".
Emin Şəmsiyev