Günün transfer xəbərləri: Gündoğan "Barselona" yolunda

Günün transfer xəbərləri: Gündoğan "Barselona" yolunda

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Bayern Münhen"nin sabiq futboçusu Jerom Boatenq: "Robert Levandovski ayrılacağı təqdirdə, Münhen klubu "Tottenhem"in lideri Harri Keyni ala bilər. Keyn Levandovskini mükəmməl əvəz edər”.

"Barselona"nın prezidenti Joan Laporta Usman Dembelenin gələcəyi ilə bağlı: “Biz Dembeleyə yeni müqavilə təklifi etdik və o, gələn həftə cavab verməlidir. Əvvəllər Usman "Barselona"da qalmaq istəyirdi, lakin indi onu ən yaxşı hesab etdiyi digər variantlar cəlb edir".

"Sport24.ru" saytı: "Yarımmüdafiəçi Yusuf Yazıcı mövsümün sonunda Moskvanın MOİK klubundan ayrılacaq. Türkiyəli futbolçu ordu klubu tərəfindən transfer olunmayacaq".

Madrid şəhərinin meri Xose Luis Martines-Almeyda PSJ-nin hücumçusu Kilian Mbappe ilə bağlı sualı zarafatla cavablandırıb: “Mbappe? O, mənimlə danışıb. Bəli, Madridə gəlir. Mənə "Atletiko Madrid"ə keçəcəyini söyləyib".

Fabritsio Romano, insayder: "Mançester Yunayted"in almaniyalı yarımmüdafiəçisi İlkay Gündoğan "Barselona"ya və ya London "Arsenal"ına geçə bilər. Üstəlik, bəzi Bundesliqa klubları da futbolçu ilə maraqlanır".

"Goal" saytı: "Anxel Di Maria azad agent qismində "Yuventus"a keçməyə hazırdır. Argentinalı futbolçunun 7 il forma geydiyi PSJ klubu onunla müqaviləni yeniləməmək qərarına gəlib".

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər