Günün transfer xəbərləri: Fransalı "vunderkind" "Kral Klubu"nda

Günün transfer xəbərləri: Fransalı "vunderkind" "Kral Klubu"nda

Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir. 

İdman jurnalisti Fabritsio Romano: "Real Madrid" və "Renn" 18 yaşlı yarımmüdafiəçi Eduardo Kamavinqanı (Eduardo Camavinga) 31 milyon avroya transfer etmək barədə razılığa gəliblər. Futbolçu tibbi müayinə artıq keçib. Kamavinqaya "Mançester Yunayted" və PSJ-dən də təkliflər var idi.

Günün transfer xəbərləri: Fransalı "vunderkind" "Kral Klubu"nda

Yağız Sabuncuoğlu türkiyəli idman jurnalisti: "Fənərbağça" və "Los-Anceles" uruqvaylı futbolçu Dieqo Rossini transfer etmək barədə razılığa gəliblər.

Gido Şafer almaniyalı idman jurnalisti: Iliş Moriba "RB Leipzigə" keçmək üçün Almaniyaya gəlib.

Baş tutmuş transfer xəbərləri:

Mauro Sarate (Mauro Zarate, 34 yaş)

"Boka Xuniors"dan (Argentina)  "Amerika Mineiro"ya (Braziliya) keçidini reallaşdırıb. Azad agent qismində keçən futbolçu müqaviləsini 31 dekabr 2021-ci ilə qədər imzalayıb.

Villian (Willian, 33 yaş)

"Arsenal"dan (İngiltərə)  "Korintians" (Braziliya) klubuna keçib. Azad agent qismində keçən futbolçu müqaviləsini 2024-cü ilə qədər imzalayıb.

Günün transfer xəbərləri: Fransalı "vunderkind" "Kral Klubu"nda

Troy Dini (Troy Deeney, 33 yaş)

"Uotford"dan (İngiltərə)  "Birmingem Siti" (İngiltərə) klubuna keçib. Azad agent qismində keçən futbolçu ilə müddəti 2022/23 mövsümünün sonuna qədər davam edəcək müqavilə imzalanıb.

Günün transfer xəbərləri: Fransalı "vunderkind" "Kral Klubu"nda

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər