Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"The Mirror" nəşri: "Yuventus" braziliyalı futbolçu Roberto Firmino üçün "Liverpul"a 20 milyon funt sterlinq təklif edəcək. Mersisayd klubu cənubi amrikalı futbolçu ilə vidalaşmağa hazırdır".
Tiaqo Fernandes, "Goal Brasil" saytının jurnalisti: "Flamenqo" David Luisi "İnter"ə təklif edib. İtaliya tərəfi bu ideyanı yüksək qiymətləndirir".
Harri Pratt, "Daily Star" saytınını jurnalisti: "Arsenal" və "Mançester Yunayted" Serj Qnabri uğrunda mübarizə aparır".
Canluka Di Martsiodan xəbərlər:
"Zeki Çelik Romaya gəlib. Bu gün futbolçu paytaxt klubuna qoşulmaq üçün tibbi müayinədən keçəcək".
"Fiorentina" və "Atalanta" qapıçı Pierluici Qollinin transferi ilə bağlı razılığa gəliblər".
"Əl-Sədd" klubunun rəsmi saytı: "Santi Kasorla "Əl-Sədd"lə müqaviləsinin müddətini 2022/23-cü illər mövsümünün sonuna qədər uzadıb".
"Foot Mercato" saytının jurnalisti Santi Aunadan xəbərlər: "Monako", "Borussiya Mönhenqladbax"ın hücumçusu Brela Embolo ilə maraqlanır".
"Andrea Belotti "Monako"ya keçməyəcək".
"Çelsi" müdafiəçi Mateys De Liqt üçün "Yuventus"a 70 milyon avro təklif edib. Futbolçunun agenti ilə danışıqlar müsabət xarakter alıb".
AS nəşri: "İbitsada Robert Levandovski və Xavi arasında qeyri-rəsmi görüşü olub. Polşalı futbolçu Kataloniya klubunun baş məşqçisinə "mən sizinlə işləmək istəyirəm" deyib".
David Ornştein, "The Athletic UK" saytının jurnalisti: "Arsenal" Lisandro Martinesi heyətinə qatmaq üçün gələn həftə "Ayaks"la danışıqlara başlayacaq".
AS nəşri: "Memfis Depay 25 milyon avroya "Barselona"dan ayrılacaq. Bu qiymətə onu heyətində görmək istəyən 10-dan artıq klub var".
Baş tutmuş transfer xəbərləri:
22 yaşlı müdafiəçi Julian Biankon "Troya"dan "Nottingem Forest"ə keçib. Transfer məbləği 5 milyon funt sterlinq olan futbolçunun müqaviləsini müddəti 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulub.
25 yaşlı müdafiəçi Ko İtakura "Mançester Siti"dən "Borussiya Mönhenqladbax"a keçib.Transfer məbləği 5 milyon funt sterlinq olan futbolçunun müqaviləsini müddəti 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Emin Şəmsiyev