Günün transfer xəbərləri: Fernando Torres məşqçi qismində

Günün transfer xəbərləri: Fernando Torres məşqçi qismində
Yay "transfer pəncərəsi" dönəmindən istfadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.
 
Fanat.Az günün ən maraqlı transfer xəbərlərini təqdim edir:
 
"De Telegraaf" xəbər agentliyi: "AZ Alkmaar" klubunun 22 yaşlı yarımmüdafiəçisi Kelvin Stenqs "Nitsa" klubuna keçidini tamamlamaq üçün Fransaya gəlib. Hollandiya klubu futbolçu üçün 10 milyon avro alacaq."
 
"AS" xəbər saytı: "Fernando Torres gələn mövsüm "Atletiko Madridin" gənclərdən ibarət  komandasını - "Yuvenil A"-nı çalışdıracaq. 
"RMC" idman agentliyi: "Olivye Jiru həftənin cümə günü "Milan"da tibbi baxışdan keçəcək və klubla 2 illik müqavilə imzalayacaq. Transfer məbləği 1 milyon avro, üstəgəl 1 milyon avro bonus".
 
Baş tutmuş transfer xəbərləri :
Karlos Bakka (34 yaşlı hücumçu)
"Villarreal"dan "Qranada"ya...
Azad agent. Ötən mövsüm 35 oyuna 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Yaroslav Mixaylov (18 yaşlı yarımmüdafiəçi)
"Zenit"dən "Şalke 04"ə ...
2021/22 mövsümünün sonuna qədər icarə əsasında çıxış edəcək gənc futbolçu ötən ilin yarısını "Zenit"in gənclərdən ibarət komandasında keçirib.
Sebastiano Esposito (19 yaşlı hücumçu)
"İnter"dən "Basel"ə...
2021/22 mövsümünün sonuna qədər icarə. Esposito keçən mövsüm "Venesiya"da icarə əsasında oynayıb.
Bulaye Dia (24 yaşlı hücumçu)
"Reyms"dən "Villarreal"a...
Transfer məbləği: 12 milyon avro. Müqavilə 30 iyun 2026-cı ilə qədər qüvvədə olacaq.
 
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər