Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.
"Athletic" xəbər agentliyi: "Everton" "Vilyarreal"ın nigeriyalı yarımmüdafiəçisi Samuel Çukvuezeni (Samel Chukwueze) heyətinə cəlb etmək niyyətindədir. Bu transferi "Everton"un baş məşqçisi Rafael Benitesin şəxsən istəyib. Futbolçunun İspaniya klubu ilə müqaviləsinin müddəti 2023-cü ildə başa çatır. İngilislər Samuel üçün İspaniya klubuna 71 milyon funt sterlinq ödəməli olacaqlar".
"Teleqraf" qəzeti: "Çelsi" "Fülhem"in keçmiş qapıçısı Markus Betinelli (Marcus Bettinelli) ilə maraqlanır. Qolkiperin Villi Kabalyeronun (Willy Caballero) yerinə gətiriləcəyi düşünülür. Betinelli hazırda azad agentdir və ötən mövsüm "Midlsbro"da icarədə oynayıb".
Baş tutmuş transfer xəbərləri:
Felipe Viseu (Felipe Vizeu) (24 yaşlı braziliyalı hücumçu)
"Udineze"dən (İtaliya) "Yokohama"ya (Yaponiya)
31 dekabr 2021-ci ilədək icarə. Keçən mövsüm 18 oyuna, üç qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Bekim Balyay (Bekim Balaj) (30 yaşlı albaniyalı hücumçu)
"Şturm"dan (Avstriya) "Nijniy Novgorod"a (Rusiya)
Azad agent. Ötən mövsüm "Axmat"in keçmiş futbolçusu 7 qolla yadda qalıb.
Karl Starfelt (Carl Starfelt) (26 yaşlı İsveç müdafiəçisi)
"Rubin"dən (Rusiya) "Seltik"ə (Şotlandiya)
Transfer məbləği: 5 milyon avro. 4 illik müqavilə. Ötən mövsüm 31 matç oynayıb, üç qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Kristofer Ayer (Christopher Iyer) (23 yaşlı norveçli müdafiəçi)
"SeltiK"dən (Şotlandiya) "Brentford"a (İngiltərə)
Transfer məbləği: 13,5 milyon funt sterlinq. 5 illik müqavilə. Ötən mövsüm 46 oyuna iki qol vurub və 4 məhsuldar ötürmə verib.
Dalbert (27 yaşlı Braziliya müdafiəçisi)
"İnter"dən (İtaliya) "Kalyari"yə (İtaliya)
Satın alma hüququ ilə bir illik icarə. Ötən mövsüm "Renn"də icarə əsasında oynayıb.
Emin Şəmsiyev