Günün transfer xəbərləri: Eriksenin və Mbappenin yeni elçiləri var

Günün transfer xəbərləri: Eriksenin və Mbappenin yeni elçiləri var

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"The Athletic" nəşri: "Barselona" bu yay Portuqaliya millisi və "Vulverhempton"un futbolçusu Ruben Neveşi almaq niyyətindədir. Kataloniya təmsilçisi 25 yaşlı yarımmüdafiəçinin transferi uğrunda mübarizədə fəal iştirak edir. Neveşin klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.

"Sky Sports" saytı: "Brentford"un yarımmüdafiəçisi Kristian Eriksen klubunu dəyişə bilər. Danimarkalının tam sağalması və yaxşı formaya qayıtması "Mançester Yunayted" və "Tottenhem Hotspur"un diqqətini çəkib.

"France Bleu Paris" radiosu:  Kilian Mbappe PSJ ilə sözləşməsinin müddətini uzada bilər. 23 yaşlı hücumçunun cari müqaviləsi bu yay başa çatır. Daha əvvəl onun azad agent qismində "Real Madrid"ə keçməyə yaxın olduğu bildirilirdi. Ancaq vəziyyət dəyişib və futbolçunun Paris klubu ilə müqaviləsini yeniləyəcəyi gözlənilir.  

"RMC Sport" saytı: Adı açıqlanmayan top klublardan biri  Kilian Mbappe uğrunda mübarizəyə qoşulub. Ancaq bunun "Barselona" olmadığı qeyd olunur. Daha öncə isə Mbappe uğrunda mübarizə "Real Madrid" və PSJ arasında gedirdi.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər