Qış "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.
Patrik Berger(Sport1): "Nyukasl" və "Mançester Yunayted" Premyer Liqada oynamaq arzusunda olan Amadu Haydara ilə maraqlanır. Danışıqlar hazırda davam edir. Ancaq "RB Layptsiq"in mövqeyi bəllidir. Onlar bu qış komandanın əsas futbolçusunu satmağa hazır deyil.
Cey Harris (The Athletic UK): "Brentford" Kristian Eriksenə müddəti mövsümün sonuna qədər davam edəcək müqavilə təklif edib. Bir müddət öncə Eriksen Danimarka millisi ilə dünya çempionatına getmək istədiyini bildirmişdi. Bu səbəbdən futbolçuya oyun praktikası lazımdır.
Fanat.Az idman agentliyi: Roberto D'Aversa "Sampdoriya"nın baş məşqçisi vəzifəsindən qovulub. Klub A Seriyasında turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Tezliklə onu Marko Campaolo əvəzləyəcək.
Baş tutmuş transfer xəbərləri:
Fernando Lukas Martins (29 yaşlı yarımmüdafiəçi)
"Beytszin Quan"dan (Çin) "Antalyaspor"a (Türkiyə) transfer olunub. Azad agent qismində keçən futbolçunun müqaviləsi 2022/23 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Xesus Medina (24 yaşlı oyunçu)
"Nyu-York"dan (ABŞ) ÇSKA-ya (Rusiya) transfer olunub. Azad agent qismində keçən futbolçunun müqaviləsinin müddəti 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulub. Medina 2021-ci ildə MLS çempionu olub. Beynəlxalq arenada Paraqvay millisini təmsil edir.
Anton Çiçkan (26 yaşlı qapıçı)
BATE-dən (Belarus) "Ufa"ya (Rusiya) transfer olunub. Azad agent qismində keçən futbolçunun müqaviləsinin müddəti 2023/24 mövsümünün sonuna qədər nəzərdə tutulub. Çiçkan 2020-ci ildə Belarus millisində debüt edib. BATE-nin əsas heyətində 76 oyun keçirib, 77 qol buraxıb.
Emin Şəmsiyev