Günün transfer xəbərləri: Dieqo Kosta Braziliyada

Günün transfer xəbərləri: Dieqo Kosta Braziliyada

Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir. 

"Daily Mail" nəşri: "Vest Hem" Deklan Raysı (Declan Rice) 100 milyon funt sterlinqdən aşağı satmayacaq.

"The Sun" nəşri: Quardiola (Pep Guardiola) Harri Keynin (Harry Kane) gələcəyi təqdirdə belə Qabi Jezusun (Gabi Jesus) klubdan ayrılmayacağını söyləyib.

CianluKa Di Martsio idman jurnalisti: "Sampdoria" "Dinamo Kiyev"lə Vladislav Supryaqanın transferini razılaşdırıb. Futbolçu italiyan klubuna 7 milyon avroya keçəcək.

"Todo Fichajes" xəbər agentliyi: Mauro İkardi (Muro İcardi) Lionel Messinin PSJ-yə gəlişindən sonra heyətdə yer alıb almaması ilə bağlı narahatlıq keçirir. Bunun üçün də  "Yuventus"a keçməyi planlaşdırır. 

Baş tutmuş transfer xəbərləri.

Dieqo Kosta (Diego Costa) (32 yaşlı hücumçu)

"Atletiko Madrid"dən (İspaniya)  "Atletiko Mineyro"ya (Braziliya) tranfer olunub. Azad agent qismində keçən futbolçu ötən mövsüm 7 oyun keçirib və 2 qol vurub. 

Lüdviq Avqustinson (Ludwig Augustinsson) (27 yaşlı müdafiəçi)

"Verder"dən (Almaniya)  "Sevilya" (İspaniya) klubuna keçidi baş tutub. Transfer məbləği 5,5 milyon avro olan futbolçu klubla 4 illik müqavilə imzalayıb. Ötən mövsüm 28 oyun keçirib və 6 məhsuldar ötürmə verib. 

Emin Şəmsiyev  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər