Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Sky Deutschland" saytı: "Çelsi" "Bayern Münhen"in fransalı müdafiəçisi Benjamen Pavarı transfer etmək istəyir".
İnsayder Canluka Di Martsiodan xəbərlər:
"Milan"la yanaşı "Yuventus"da Hakim Ziyeşi heyətinə qatmaq üçün təklif hazırlayır".
"Anxel Di Mariya cümə günü, Pol Poqba isə həftə sonu "Yuventus"a keçmək üçün Turinə gələcək".
"Zlatan İbrahimoviç "Milan"la olan müqaviləsinin müddətini 2023-cü ilin yayına qədər uzadacaq".
David Ornşteyn, insayder: "Monako" Bubakari Sumareni transfer etmək üçün "Lester"lə danışıqlar aparır".
Maykl Sayn, jurnalist: "Federiko Bernardeski azad agent qismində "Toronto"ya keçəcək".
İnsayder Fabritsio Romanodan xəbərlər:
"Alexandro Pozuelo "Toronto"dan "İnter Mayami"yə keçəcək".
"Levandovski karyerasında növbəti klubun "Barselona" olacağına əmindir"
Baş tutmuş transfer xəbərləri:
"Börnli"nin 29 yaşlı hücumçusu Vaut Veqorst mövsümün sonuna qədər icarə əsasında Türkiyənin "Beşiktaş" klubunda oynayacaq.
"25 yaşlı yarımmüdafiəçi Samuel Bastien 800 min avroya "Standard"dan "Börnli"yə keçib".
"22 yaşlı qapıçı Franko İsrael "Yuventus"dan "Sportinq"ə keçib. Transfer məbləği 1,1 milyon avro təşkil edib".
Emin Şəmsiyev