Günün transfer xəbərləri: Dembele qərar verməyə tələsmir

Günün transfer xəbərləri: Dembele qərar verməyə tələsmir

Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır. 

"Sport ES" nəşri: "Usman Dembele gələcəyi ilə bağlı qərarını tətildən qayıdandan sonra verəcək. Fransalı futbolçuya bir neçə tanınmış klubdan təklif var".

"Calciomercato" nəşri: "Yuventus" "Bolonya"nın 33 yaşlı hücumçusu Marko Arnautoviçi transfer etmək üçün danışıq aparır. Avstriyalı futbolçunun klubu ilə 2 illik müqaviləsi var və komandası onunla ucuz qiymətə vidalaşmaq fikrində deyil".

"L’Equipe" nəşri: "Aksel Vitsel "Olimpik Marsel"ə keçə bilər. Fransa klubu “Aston Villa”ya üz tutan Bubakar Kamaranın yerinə yeni oyunçu tapmaq istəyir. Tərəflər artıq danışıqlara başlayıb". 

"Mançester Siti" klubunun rəsmi saytı: "36 yaşlı ingilis qapıçı Skott Karson "Mançester Siti" ilə olan müqaviləsinin müddətini 2022/23 mövsümünün sonuna qədər uzadıb". 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər