Günün transfer xəbərləri: De Yonq və Di Mariyanın klubları müəyyənləşir

Günün transfer xəbərləri: De Yonq və Di Mariyanın klubları müəyyənləşir

Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır. 

"The Sun" nəşri: "Mançester Yunayted" "Barselona"nın müdafiəçi Harri Maquayrla bağlı təklifini rədd edib".

"Sportinq"in idman direktoru Ronaldunun mümkün qayıdışı haqda: "Bunun mümkün olduğuna şübhə edirəm".

Sezar Luis Merlo, jurnalist: "Mourinyu Arturu "Roma"da görmək istəyir. "Yuventus" isə futbolçusunu buraxmaq fikrində deyil".

Canluka Di Martsio, insayder: "Aleks Meret "Napoli" ilə müqaviləsinin müddətini 2026/27-ci illər mövsümünün sonuna qədər uzadacaq".

Fabritsio Romano, insayder: "Sebastyano Esposito icarə əsasında "İnter"dən  "Anderlext"ə keçəcək".

"UOL Esporte"nin jurnalisti Marselo Hazan: "Fulhem" Andreas Pereyra üçün 13 milyon avro təklif edib. "Mançester Yunayted" təklifdən məmnundur".

"18 yaşlı vinger Malkolm Abiovi iyulun 1-də - "Derbi Kaunti" ilə müqaviləsi başa çatandan sonra "Kristal Pelas"a keçəcək. Gənc futbolçu "Mançester Yunayted"ə keçmək təklifindən imtina edib".

Günün transfer xəbərləri: De Yonq və Di Mariyanın klubları müəyyənləşir

Canluka Di Martsio, insayder: "Yuventus" və Anxel Di Mariya arasında danışıqlar davam edir. Tərəflərin son əlaqələri müsbət xarakter alıb. Hazırda İllik müqavilə müzakirə olunur. Həmçinin Turin klubu Domeniko Berardini də heyətinə qatmaq istəyir".

Fabritsio Romano, insayder: "Arsenal" və Qabriel Jezusun agenti Marselo Pettinati futbolçunun "topçular"a keçidi barədə tam razılığa gəliblər. Jezus müddəti 2026/27-ci illər mövsümünün sonuna qədər olan müqavilə imzalayacaq. Cümə günü məlum olduğu kimi, "Arsenal" artıq 45 milyon funt-sterlinq qarşılığında "Mançester Siti" ilə də razılaşıb".

"RMC Sport" radiostansiyası: "Neymar klub prezidentinin sözlərindən sonra PSJ-dən ayrılmaq istəyir. Ötən mövsümün sonunda Neymarın gələcəkdə daha çox səy göstərəcəyinə ümid etdiyini bildirən Paris klubunun prezidenti Nasser Əl-Xelaifinin sözləri futbolçunun xoşuna gəlməyib".

Toni Xuanmarti, jurnalist: "Vest Hem" "Vilyarreal"la Arno Danjumanın transferi barədə danışıqlar aparır".

Jerar Romero, insayder: "Barselona" yarımmüdafiəçisi Frenki De Yonqu "Mançester Siti"yə təklif edib, lakin "şəhərlilər" onunla maraqlanmır. “Mançester Yunayted” isə 80 milyon avro+bonus ödəməyə hazırdır".

"Atletiko Madrid"in hücumçusu Joau Feliş: “Digər kluba keçidim müzakirə olunmur. Bütün diqqətimi “Atletiko”ya yönəltmişəm və gələcəyimlə bağlı sakitəm. Mən nəyə qadir olduğumu bilirəm. Oyunumdan razıyam".

"Sky İtalia"nın jurnalisti Manuel Bayoççini: "Milan" Françesko Açerbinin agenti ilə danışıqlar aparıb. Amma futbolçunun məxsus olduğu klub, "Latsio" ilə hələ də əlaqə saxlamayıblar".

Canluka Di Martsio, insayder: "Milan" Hakim Ziyeşi icarəyə götürməyə hazırdır. "Çelsi" tam razılıq verib".

Baş tutmuş transfer xəbərləri: 

22 yaşlı futbolçu Skott Tvin 2025/26-ci illər mövsümünün sonuna qədər müqavilə əsasında "MK Dons"dan "Börnli"yə keçib.

O, İngiltərə 1-ci Liqasında 2021/22-də mövsümün ən yaxşı oyunçusu seçilib. Tvin sözügedən çempionatda 20 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Günün transfer xəbərləri: De Yonq və Di Mariyanın klubları müəyyənləşir

"Flamenqo"dan ayrılan 34 yaşlı futbolçu Maurisio İsla azad agent qismində "Universidad Katolika"ya keçib.

Günün transfer xəbərləri: De Yonq və Di Mariyanın klubları müəyyənləşir

32 yaşlı futbolçu Yasin Braimi azad agent qismində Qətərin "Əl-Qarafa" klubuna keçib. Braimi 2019-cu ildən Qətərin "Ər-Rayan" klubunda çıxış edib.

Günün transfer xəbərləri: De Yonq və Di Mariyanın klubları müəyyənləşir

Emin Şəmsiyev  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər