Qış transfer pəncərəsi dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.
Fanat.Az baş tutmuş transfer xəbərlərini təqdim edir:
Cayden Klark (18 yaşlı müdafiəçi)
"Laypsiq"dən (Almaniya) "Nyu York Red Bulls"a (ABŞ) icarəyə verirlib. Futbolçu 31 dekabr 2022-ci ilə qədər Amerika klubunda oynayacaq.
Tiaqo Almada (20 yaşlı yarımmüdafiəçi)
"Veles Sarsfild"dən (Argentina) "Atlanta Yunayted"ə (ABŞ) keçib. Transfer məbləği 16 milyon dollar təşkil edib.
Xerdan Şaqiri (30 yaşlı yarımmüdafiəçi)
"Lion"dan (Fransa) "Çikaqo Fayr"a (ABŞ) keçib. Transfer məbləği 7 milyon avro təşkil edib. Futbolçunun müqaviləsinin müddəti 31 dekabr 2024-cü ilə qədər nəzərdə tutulub.
Bruno Viana (27 yaşlı müdafiəçi)
"Braqa"dan (Portuqaliya) "Ximki"yə (Rusiya) icarəyə verilib. Futbolçu cari mövsümünün sonuna qədər Rusiya klubunda oynayacaq.
Sebastian Covinko (35 yaşlı hücumçu)
"Əl-Hilal"dan (Səudiyyə Ərəbistanı) "Sampdoriya"ya (İtaliya) transfer olunub. Azad agent qismində keçən futbolçu cari mövsümün sonuna qədər A Seriyasında oynayacaq.
Emin Şəmsiyev