Günün transfer xəbərləri: Beyllə İsko getdi

Günün transfer xəbərləri: Beyllə İsko getdi

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"The Football London" nəşri: "Nyukasl" "Nottingem Forest" klubunun 21 yaşlı futbolçusu Ced Spenslə maraqlanır".  

"Calciomercato" nəşri: "Fulhem" albaniyalı qapıçı Tomas Strakoşu transfer etmək istəyir. Qapıçı bu yay azad agent qismində "Latsio"dan ayrılacaq. Onunla bir sıra Almaniya və İngiltərə klubları maraqlanır".

Milan Şkrinyar, "İnter"in müdafiəşisi: “Gələcəyim “İnter”dir, müqaviləm var və heç nə dəyişməyib. Transfer şayiələri altıaydanbir ortaya çıxır. “İnter”də olduğum üçün xoşbəxtəm”.

"Fichajes" saytı: "Monako" Orelyen Tçuameninin yerinə "Brayton"un yarımmüdafiəçisi İv Bissumla maraqlanır. Tçuameni çox güman ki, yay transfer pəncərəsində "Real Madrid"ə keçəcək.

KPR klubunun rəsmi saytı: "Maykl Bil KPR-in yeni baş məşqçisidir. 42 yaşlı mütəxəssis əvvəllər "Reyncers" və "Aston Villa"da Stiven Cerrardın köməkçisi kimi çalışıb".

Fabritsio Romano, insayder: "19 yaşlı hücumçu Huqo Ekitike "Nyukasl"la 5 illik müqavilə bağlayıb".

"Real Madrid"in rəsmi saytı: "Qaret Beyl və İsko komandadan ayrılıb".

"Mançester Yunayted"in rəsmi saytı: "Cessi Linqardın müqaviləsinin müddəti bu ayın sonunda başa çatdıqdan sonra o, klubdan ayrılacaq".

Baş tutmuş transfer xəbərləri: 

Dieqo Karlos (29 yaşlı mərkəz müdafiəçisi)

"Sevilya"dan (İspaniya)"Aston Villa"ya (İngiltərə) transfer olunub.

Tibbi müayinədən uğurla keçən futbolçu dörd illik müqavilə imzalayıb.

Transfer məbləği: 31 milyon avro.

Hoakim Nilsson (28 yaşlı müdafiəçi)

"Arminya"dan (Almaniya) "Sent-Luis Siti"yə (ABŞ) keçib. ABŞ klubuna azad agent qismində qoşulan futbolçu müddəti 31 dekabr 2026-cı il tarixinədək olan müqaviləyə imza atıb. 

Emin Şəmsiyev  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər