Qış "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.
Kaveh Solhekol (Sky Sports): Qaret Beylin təqaüdə çıxması ehtimalı var. Onun bir neçə aydır Çempionşip klublarından birinə keçməyi düşündüyü barədə də məlumatlar var.
"Fanat.Az"idman agentliyi: Slaven Biliç "Beytzin Qoan"ın baş məşqçisi vəzifəsindən istefa verdi! Klub turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Braziliyanın "Ceara" klubunun prezidenti Robinson de Kastro: “Dünən mənə zəng gəldi və Frank Riberini təklif etdilər. Onun hələ də oynadığını bilmirdim. İmzalamağa çalışacağıq? Bilmirəm"
"El Nacional" nəşri: "Real Madrid" Frank Kessye ilə danışıqlar aparır. Yayda futbolçu azad agentə çevrilməlidir. O, həmçinin "Barselona", "Liverpul", PSJ və "Tottenhem" ilə də əlaqədədir.
"Espor3" saytı: "Barselona" Erlinq Holand uğrunda "Mançester Siti"ni geridə qoyacağına əmindir. Klubun prezidenti Joan Laporta Mino Rayola ilə bir neçə görüş keçirib.
Baş tutmuş transfer xəbərləri:
Eynsli Meytlend-Nayls (24 yaşlı futbolçu)
"Arsenal"dan (İngiltərə) - "Roma"ya (İtaliya) keçib. 2021/22 mövsümünün sonuna qədər icarədə çıxış edəcək.
Aksel Tuanzebe (24 yaşlı müdafiəçi)
"Mançester Yunayted"dən (İngiltərə) - "Napoli"yə (İtaliya) keçid edib. Mövsümün sonuna kimi icarəyə verilib.
Lorenzo İnsinye (30 yaşlı oyunçu)
"Napoli"dən (İtaliya) - "Toronto" (Kanada) transfer olunub Azad agent. 1 iyul 2022-ci ildə qüvvəyə minəcək 4 illik müqavilə imzalanıb.
Fabio Blanko (17 yaşlı cinah oyunçusu)
"Ayntraxt Frankfurt" U19-dan (Almaniya) "Barselona" B (İspaniya) klubuna keçib. Müqavilə 2023/24 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Kşiştof Pentek (26 yaşlı hücumçu)
"Herta"dan (Almaniya) "Fiorentina"ya (İtaliya) keçid edib. 2021/22 mövsümünün sonuna qədər icarə əsasında çıxış edəcək.
Tomas Rinkon (33 yaşlı yarımmüdafiəçi)
"Torino"dan (İtaliya) "Sampdoria"ya (İtaliya) keçib. 2021/22 mövsümünün sonuna qədər icarə müqaviləsi bağlayıb.
Emin Şəmsiyev