Günün transfer xəbərləri: Emerson gücünü Fransada sınayacaq

Günün transfer xəbərləri: Emerson gücünü Fransada sınayacaq

Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.   

"Fiorentina" klubunun rəsmi saytı: 23 yaşlı serbiyalı müdafiəçi Nikola Milenkoviç (Nicola Milenkovic) "Fiorentina" ilə müqaviləsini 2022/23 mövsümünün sonuna qədər uzadıb. Ötən mövsüm 37 oyun keçirən futbolçu 3 qol vurub və bir məhsuldar ötürmə edib.

"Lester Siti" klubunun rəsmi saytı: "Lester Siti" akademniyasının 23 yaşlı yetirməsi Harvi Barns (Harvey Barnes) klubu ilə müqaviləsini 30 iyun 2025-ci ilə qədər uzadıb. Ötən mövsüm 35 matçda 13 qol vurub və 4 məhsuldar ötürmə edib.

Baş tutmuş transfer xəbərləri:

İvo Grbiç (Ivo Grbic) (25 yaşlı qapıçı)

"Atletiko Madrid"dən (İspaniya)  "Lill" (Fransa) klubuna icarəyə verilib. İcarə 2021/22 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Pedro (34 yaşlı cinah oyunçusu)

"Roma"dan (İtaliya) - "Latsio" (İtaliya) klubuna transfer olunub. Azad agent qismində keçən futbolçu müqaviləsini 2022/23 mövsümünün sonuna qədər imzalayıb. 

Arno Qruneveld (Arno Groeneveld) (24 yaşlı vinger)

"Bornmut"dan (İngiltərə)  "Vilyarreal" (İspaniya) klubuna transferini rəsmiləşdirib. Transfer məbləği 20 milyon funt sterlinq olan futbolçu klubla 2025/26 mövsümünün sonuna qədər müqavilə imzalayıb. .

Dario Benedetto (31 yaşlı hücumçu)

"Marsel"dən (Fransa)  "Elche" (İspaniya) klubuna icarəyə verilib. 2021/22 mövsümünün sonuna qədər icarədə olacaq futbolçu ötən mövsüm 41 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

Günün transfer xəbərləri: Emerson gücünü Fransada sınayacaq

Оston Urunov (20 yaşlı yarımmüdafiəçi)

"Spartak"dan (Rusiya)  "Ufa" (Rusiya) klubuna keçib. Satınalma hüququi ilə 2021/22 mövsümünün sonuna qədər klubda icarədə olacaq.

Emerson (27 yaşlı italiyalı müdafiəçi)

"Çelsi"dən (İngiltərə)  "Lion" (Fransa) klubuna icarəyə verilib. 2021/22 mövsümünün sonuna qədər icarədə olacaq futbolçu ötən mövsüm 15 oyun keçirib və cəmi bir qol vurub.  

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər