Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir. "The Telegraph" nəşri: "Atletiko" Saulu (Saul Niguez) İngiltərənin bir sıra klublarına icarəyə götürməyi təklif edib. "Mirror" nəşri: Devid Bekhem (David Beckham) Lionel Messi ilə əlaqə saxlayıb və ulduz futbolçuya 2023-cü ildə "İnter Mayami"yə qoşulmağı təklif edib. "The Times" nəşri: "Lion" "Liverpul"a Cerdan Şaqirini (Xhedran Saqiri) 9,5 milyon funt sterlinqə transfer etməyə razılıq verib. Baş tutmuş transfer xəbərləri: Luka Valdşmit (Luka Waldschmidt) (Almaniyalı yarımmüdafiəçi) "Benfika"dan (Portuqaliya) "Volfsburq"a (Almaniya) transfer olunub. Transfer məbləği 12 milyon avro olan futbolçu klubla 2024/25 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
Emin Şəmsiyev