Günün transfer xəbərləri: "Barselona"nın 17 yaşlı yeni hədəfi kimdir?

Günün transfer xəbərləri: "Barselona"nın 17 yaşlı yeni hədəfi kimdir?

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Football Insider" saytı: "Aston Villa"nın yarımmüdafiəçisi Duqlas Luis klubunu dəyişə bilər. 23 yaşlı futbolçunun xidmətində London "Arsenal"ı maraqlıdır. Luis 2019-cu ildən “Aston Villa”da çıxış edir.

"Globo Esporte" saytı: "Vulverhempton" və "Barselona" "Vasko da Qama"nın vunderkindi Andrey Santosla maraqlanır.  Müqaviləsinin müddəti 2023-cü ildə başa çatacaq 17 yaşlı futbolçu ilə daha əvvəl "Milan", "Monako" və "Benfika" da əlaqə saxlamışdı.

"Diario Sport" nəşri: "Barselona" Serxi Roberto ilə müqavilə yeniləmək niyyətindədir.  30 yaşlı futbolçunun hazırkı sözləşməsinin müddəti iyunda başa çatır. Baş məşqçi Xavi isə Serxinin klubla ortaq məxrəcə gələcəyinə inanır.

"Sky Sports" saytı: "Brentford" "Şaxtyor"un yarımmüdafiəçisi Mixaylo Mudriklə danışıqlar aparır. Ukrayna klubu 21 yaşlı futbolçunu yay transfer pəncərəsində satmağa hazırdır. İngilislər Mudrik üçün 20 milyon funt sterlinq təklif etmək niyyətindədir.

"TuttoMercatoWeb" saytı: "Atletiko Madrid" və "Yuventus" "Udineze"nin argentinalı müdafiəçisi Nauel Molina ilə maraqlanır.

"Calciomercato" saytı: "İnter" eyni vaxtda "Real Madrid"in iki futbolçusu ilə maraqlanır. İtalyanlar Luka Yoviç və Dani Sebalyosu komandalarında görmək istəyirlər. Futbolçuların heç biri baş məşqçi Karlo Ançelottinin uzunmüddətli planlarına daxil edilməyib.

Yürgen Klopp "Benfika"nın hücumçusu Nuneslə maraqlandığını deyib: "Çox yaraşıqlı oğlan və əla oyunçudur. Belə davam etsə, onu böyük karyera gözləyir. Onu öz komandamda görməkdən məmnun olardım”.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər