Günün transfer xəbərləri: Artetanın yerinə kimlər göz dikib?

Günün transfer xəbərləri: Artetanın yerinə kimlər göz dikib?

Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir. 

Canluka Di Martsio: "Real Madrid" Kilian Mbappe üçün 160 milyon avro təklif edib. PSJ dərhal bu təklifi rədd edib.

"Daily Express" nəşri: "Arsenal"da Artetanı əvəz etmək üçün altı mütəxəssis müraciət edib: Paulo Fonseka (Paulo Fonseca), Antonio Konte (Antonio Konte), Eddi Hau (Eddie Howe), Brendan Rocers (Brendan Rogers), Ralf Hazenhyuttl (Ralph Hasenhüttl),  Roberto Martinez.

"Le 10 Sport" nəşri: "Fiorentina" "Lill"in sağ cinah müdafiəçisi Zeki Celiklə maraqlanır. 

"Calciomercato" nəşri: "İnter" Andrea Belottinin xidmətində maraqlıdır.

Baş tutmuş transfer xəbərləri:

David Zappakosta (Davide Zappacosta) (29 yaşlı müdafiəçi)

"Çelsi"dən (İngiltərə)  "Atalanta"ya (İtaliya) keçidi baş tutub. Transfer məbləği 10 milyon avro olan futbolçu müqaviləsini 2024/25 mövsümünün sonuna qədər imzalayıb.

Günün transfer xəbərləri: Artetanın yerinə kimlər göz dikib?

Albert Elis (Albert Alice) (25 yaşlı vinger)

"Boavişta"dan (Portuqaliya)  "Bordo"ya (Fransa) icarəyə verilib Satın alma hüququ ilə 2021/22 mövsümünün sonuna qədər icarədə olacaq futbolçu ötən mövsüm 32 oyun keçirib, 8 qol vurub və 6 məhsuldar ötürmə verib.

Ayk Uqbo (İke Ugbo) (22 yaşlı hücumçu)

"Çelsi"dən (İngiltərə)  "Genk" (Belçika) klubuna keçidini rəsmiləşdirib. Transfer məbləği 3.5 milyon avro olan futbolçu müqaviləsini 2024/25 mövsümünün sonuna qədər imzalayıb. 

Günün transfer xəbərləri: Artetanın yerinə kimlər göz dikib?

Emin Şəmsiyev  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər