Günün transfer xəbərləri: "Arsenal" istəyinə çatır

Günün transfer xəbərləri: "Arsenal" istəyinə çatır

Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir. 

"Sky Sports" xəbər agentliyi: "Roma" Alessandro Florensini "Milan"a  4.5 milyon avro müqabilində icarəyə verməyi düşünür.

"Atletiko Madrid" klubunun mətbuat xidməti: Markos Lyorente (Marcos Llorente) "Atletiko" ilə müqaviləsini 2026/27 mövsümünün sonuna qədər uzadıb.

"L'ÉQUIPE" nəşri: Emerson icarə əsasında "Çelsi" dən "Lion" a keçəcək.

"The Athletic" nəşri: "Arsenal" Aron Remsdeyl (Aaron Ramsdale) üçün 24 milyon funt sterlinq (üstəgəl 6 milyon bonus) ödəməyə yaxındır.

Canluka Di Martsio idman jurnalisti: "Lazio" Pedronun keçidi üzərində işləyir. Futbolçuya 2 illik müqavilə təklif olunur."

"The Athletic" nəşri:"Arsenal" və "Real Madrid" Martin Edeqorla (Martin Odegaard) bağlı razılığa gəliblər. Transfer məbləği 35 milyon avro təşkil edəcək və 4 illik müqavilə bağlanacaq.

Baş tutmuş transfer xəbərləri:

Kenedi (Robert Kenedy) (Braziliyalı hücumçu)

"Çelsi"dən (İngiltərə)  "Flamenqo"ya (Braziliya) keçib.

 2021/22 mövsümünün sonuna qədər icarədə olacaq futbolçu "Çelsi" klubu ilə də müqaviləsini yeniləyib. Ötən mövsümü icarə əsasında "Qranada"da oynayıb.

Rodriqo Palasio (Rodrigo Palacio) (39 yaşlı futbolçu)

"Bolonya"dan (İtaliya) "Breşia"ya (İtaliya) keçidini reallaşdırıb. Azad agent qismində keçən futbolçu ötən mövsüm 37 oyuna 5 qol vurub və 6 məhsuldar ötürmə verib.

Manuel Lokatelli (Manuel Locatelli) (23 yaşlı yarımmüdafiəçi)

"Sassuolo"dan (İtaliya) "Yuventus"a (İtaliya) keçib. Futbolçu klubda 2022/23 mövsümünün sonuna qədər icarədə oynayacaq.

Maksimilyan Eqdeştayn (Maximilian Eggestein) (24 yaşlı yarımmüdafiəçi)

"Verder"dən (Almaniya)  "Frayburq"a (Almaniya) keçidini reallaşdırıb. Transfer məbləği 5 milyon avro olan futbolçu müqaviləsini 2024/25 mövsümünün sonuna qədər imzalayıb.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər