Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
ESPN saytı: "Meksikanın "UNAM Pumas" klubu Dani Alvesə müqavilə təklif edib. 39 yaşlı futbolçu hazırda azad agentdir".
"Gazzetta dello Sport" nəşri: "Napoli" "Çelsi"nin hücumçusu Armando Broyanı transfer etməyi düşünür".
"Lill"in müdafiəçisi Fonte: "Real Madrid"ə qayıtsa, bu, Ronaldu üçün ən yaxşı seçim olar”.
İnsayder Canluka Di Martsiodan xəbərlər:
"Montsa" təcrübəli hücumçu axtarışına davam edir. Daha əvvəl Dibala və İkardini heyətinə qatmaq istəyən klub indi də Kavani ilə maraqlanır".
“Milan” Hakim Ziyeşlə bağlı ümidverici xəbərlər alıb".
"Qleyson Bremer Çempionlar Liqasında oynamaq istəyir. “İnter” ona bu imkanı verə bilər. Bu gün “İnter”in idman direktoru “Torino” rəhbərliyi və müdafiəçinin agenti ilə görüşüb. "Torino" ən azı 40 milyon avro istəyir. Tərəflər transferlə bağlı razılığa gəlməyə yaxındır".
"Cümə günü PSJ rəhbərliyi, "Sassuolo" rəsmiləri və hücumçunun agenti Canluka Skamakka arasında mühüm görüş olacaq".
"Saky Sports" saytı: "Anxel Di Mariya Turinə gəlib. Futbolçu bu gün "Yuventus"la müqavilə imzalamazdan əvvəl tibbi müayinədən keçəcək".
"BILD Sport" "Erik ten Haq niderlandlı hücumçu Brayan Brobbini "Mançester Yunayted"də görmək istəyir".
İnsayderlər - Canluka Di Martsio və Fabritsio Romano: "Markao 15 milyon avro qarşılığında "Qalatasaray"dan "Sevilya"ya keçəcək".
"Liverpul"un rəsmi saytı: "25 yaşlı ingilis müdafiəçi Co Qomez "Liverpul"la müqaviləsini 2026/27-ci illər mövsümünün sonuna qədər uzadıb".
AS nəşri: “Nyukasl” Marko Asensio ilə maraqlanır və onu komandasının "açar futbolçu"su etmək istəyir. İngiltərə klubu ispaniyalı oyunçu üçün "Real Madrid"ə 24 milyon avro ödəməyə hazırdır".
"The Mirror" nəşri: "Nyukasl" "Çelsi"nin vingeri Kallum Hadson-Odoini almağı düşünür".
"Sky Sports" saytı: "Nyukasl" Entoni Qordon üçün "Everton"a 35 milyon avro təklif edəcək".
Baş tutmuş transfer xəbərləri:
33 yaşlı İspaniyalı qapıçı Serxio Asenxo azad agent olaraq "Vilyarreal"dan "Real Valyadolid"ə keçib. Qolkiper yeni klubu ilə 2 illik müqavilə imzalayıb.

"Krasnodar"ın 22 yaşlı sabiq hücumçusu Erik Botheim azad agent qismində "Salernitana"ya keçib. Müqavilənin müddəti 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulub.
23 yaşlı müdafiəçi Joau Viktor “Korintians”dan “Benfika”ya keçib. Transfer məbləği 8,5 milyon avro təşkil edən futbolçunun müqaviləsinin müddəti 2026/27-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

22 yaşlı Cekson Muleka "Standard"dan "Beşiktaş"a keçib. Transferin məbləği 3 milyon 335 min avro təşkil edib. Müqavilənin müddəti 2026/27-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

22 yaşlı müdafiəçi Samuel Birindelli "Pitsa"dan "Montsa"ya keçib. Transfer məbləği məlum olmayan futbolçunun müqaviləsinin müddəti 2026/27-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

23 yaşlı yarımmüdafiəçi Flinn Dauns "Suonsi"dən "Vest Hem"ə transfer olunub. Transfer məbləği 14 milyon funt sterlinq olan futbolçunun müqaviləsinin müddəti 2026/27-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

31 yaşlı yarımmüdafiəçi Junior Messias "Krotone"dən "Milan"a transfer olunub.

30 yaşlı yarımmüdafiəçi Alexandro Pozuelo "Toronto"dan "İnter Mayami"yə keçib.

17 yaşlı Çarli Makartur "Kilmarnok"dan "Nyukasl" klubuna keçib. Transferin məbləği məlum deyil.

23 yaşlı kolumbiyalı vinger Luis Sinisterra "Feyenoord"dan "Lids"ə keçib.
Emin Şəmsiyev