Günün transfer xəbərləri: Acun Şota Arveladzeni klubuna gətirir

Günün transfer xəbərləri: Acun Şota Arveladzeni klubuna gətirir

Qış "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.

Mikel Arteta, "Arsenal"ın baş məşqçisi: "İndiki transfer bazarı mürəkkəbdir. Biz komandanı yaxşı səviyyəyə qaldırmaq üçün doğru oyunçular seçməliyik. Biz çox şey üzərində işləyirik, lakin bir sıra nüanslar var."

Qari Nevill, veteran futbolçu, "Sky Sports"un eksperti: "Antonio Rudiger olduqca səviyyəli oyunçudur. "Çelsi" onu saxlamaq üçün hər şeyi etməyə çalışacaq".

İdman jurnalisti Yağız Sabuncuoğlu: "Şota Arveladze İngiltərədə işləmək icazəsi alıb. O, sabah "Hall Siti" ilə müqavilə imzalamaq üçün İngiltərəyə uçacaq. Bundan əlavə, "Hall Siti" və "Fənərbağça" Allahyar Səyyadmaneşi 4,5 milyon avroya transfer etmək üçün razılığa gəliblər.

Cey Harris, "The Athletic"in müxbiri: "Brentford" klubu Kristian Eriksenlə şəxsi razılığa gəlib. 29 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq. Eriksen daha 1 il müddətinə uzadılma imkanı ilə 6 aylıq müqaviləyə razılıq verib". 

"Tribuna Deportiva": "Valensiya" və "Bazel" 23 yaşlı mərkəz müdafiəçisi Eray Comərtin transferi ilə bağlı razılığa gəlib.

Futbol insayderi Fabritsio Romano: 

* "Nikolas Talyafiko gələn həftə "Barselona"ya keçəcək".

*  "Fənərbağça"nin sabiq baş məşqçisi Vitor Pereyra ötən həftə Rafael Beniteslə vidalaşan "Everton"u çalışdıra bilər. O, bu gün İngiltərədə Mersisayd klubunun rəhbərliyi ilə görüşəcək.

*  "Qalatasaray" və "Benfika" Jedson Fernandeş üçün 2023-cü ilin yayına qədər icarə müqaviləsi imzalayıb. Fernandeşin bu gün İstanbula gedəcəyi gözlənilir.

Baş tutmuş transfer xəbərələri: 

Amin Yunes (28 yaşlı oyunçu)

"Napoli"dən (İtaliya)  "Əl-İttifaq"a (Səudiyyə Ərəbistanı) transfer olunub. Azad agent qismində keçən futboçunun müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Günün transfer xəbərləri: Acun Şota Arveladzeni klubuna gətirir

Ezekiel Henti (28 yaşlı hücumçu)

"Slovan"dan (Slovakiya) "Əl-Həzm" (Səudiyyə Ərəbistanı) klubuna icarəyə verilib. Futbolçu mövsümün sonuna kimi Ərəbistanda qalacaq.

Günün transfer xəbərləri: Acun Şota Arveladzeni klubuna gətirir

Brayan Reynolds (20 yaşlı mühafizəçi)

"Roma"dan (İtaliya) "Kortriyk"ə (Belçika) keçib. Futbolçu 2021/22-ci illər mövsümünün sonuna qədər icarədə olacaq.

Günün transfer xəbərləri: Acun Şota Arveladzeni klubuna gətirir

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər