Qış "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.
Canluka Di Martsio, futbol insayderi: "Fabio Kannavaro Paulo Souzaya əvəzləyici axtaran Polşa millisinin yeni baş məşqçisi olmayacaq. Məlumat yalandır".
Matteo Moretto, idman jurnalisti: "Malyorka" Serxio Rikonu transfer etmək istəyir. İspaniya klubu PSJ ilə icarə ilə bağlı danışıqlar aparır".
"L'Equipe" nəşri: Sedrik Bakambu "Olimpik Marsel"ə keçməyə yaxındır. Müqavilə 2024-cü ilin yayına qədər imzalanacaq.
"Transfer Merkezi" saytı: "Antalyaspor" "Beyçzin Qoan"dan ayrılan 29 yaşlı braziliyalı yarımmüdafiəçi Fernando və "Volfsburq"da çıxış edən 30 yaşlı hücumçu Admir Mehmedi ilə müqavilə imzalayıb.
Futbol insayderi Jerar Romero: "Oskarın agenti onu "Barselona"ya təklif edib. Lakin o, hazırda prioritet deyil. Oskar kluba keçmək üçün Dani Alves ilə eyni şərtləri qəbul etməyə hazır olmalıdır".
"El Nacional" nəşri: "Barselona" yanvarda transfer pəncərəsində portuqaliyalı Renatu Sançesi almaq fikrində deyil.
Futbol insayderi Canluka Di Martsio: "Yaxın bir neçə saat ərzində "Yuventus" Memfis Depayın icarəsi ilə bağlı "Barselona" ilə danışıqlara başlayacaq. Xavi Moratanı almaq istəyəndə Depay "Yuventus"a təklif edilmişdi".
Kaveh Solhekol (Sky Sports): "Real Madrid", "Mançester Siti", "Mançester Yunayted", "Barselona" və "Liverpul" "Palmeyras"ın 15 yaşlı vunderkindi Endrik Felipe ilə maraqlanır.
Baş tutmuş transfer xəbərləri:
Filippe Koutinyo (29 yaşlı futbolçu)
"Barselona"dan (İspaniya) "Aston Villa"ya (İngiltərə) keçid edib. 2021/22 mövsümünün sonuna qədər icarəyə verilib. O, bu mövsüm 16 oyun keçirərək iki qol vurub. Koutinyu dörd ildən sonra yenidən Premyer Liqaya qayıdıb.
Marko Duqandziç (27 yaşlı hücumçu)
"Soçi"dən (Rusiya) "CFR Kluj" (Rumıniya) klubuna keçid edib. Duqandziçin transfer məbləği 500 min avrodur.
Younes Namli (27 yaşlı oyunçu)
"Krasnodar"dan (Rusiya) "Sparta Rotterdam"a (Hollandiya) keçib. 2021/22 mövsümünün sonuna qədər icarəyə verilib. O, 2020-ci ilin yanvarından icarə əsasında "Kolorado Rapids"də çıxış edib.
Taylor Harvud-Bellis (19 yaşlı mərkəz müdafiəçisi)
"Mançester Siti"dən (İngiltərə)"Stok Siti"yə (İngiltərə) transfer edilib. 2021/22 mövsümünün sonuna qədər icarə əsasında çıxış edəcək.
Marvin Fridrix (26 yaşlı müdafiəçi)
"Yunion Berlin"dən (Almaniya) "Borussia Mönhenqladbax"a (Almaniya) keçid edib. Müqavilə 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulub. Bu mövsüm 21 oyun keçirib.
Petar Skuletiç (31 yaşlı hücumçu)
"Sabah"dan (Azərbaycan) "Baka Topol"a (Serbiya) keçid edib. Futbolçu yeni klubuna azad agent qismində keçib. Demək olar ki, yeddi ildən sonra Serbiyaya qayıdıb.
"Norviç Siti"nin keçmiş baş məşqçisi Daniel Farke "Krasnodar"la 2 illik müqavilə imzalayıb
Emin Şəmsiyev