Azərbaycanın bədii gimnastı Arzu Cəlilova İspaniyanın Barselona şəhərində keçirilmiş Kataloniya Kubokunda gümüş medal qazanıb.
Fanat.Az xəbər verir ki, 17 yaşlı idmançımız gürzlərlə çıxışına görə fəxri kürsünün 2-ci pilləsinə qalxıb.
O, çoxnövçülükdə 85.200 bal toplayaraq dördüncü yeri tutub.
Qeyd edək ki, gənclər arasında dünya çempionatının gümüş və bürünc mükafatçısı olan Arzu Cəlilova Kataloniya Gimnastika Federasiyasının dəvəti ilə yarışa qatılmışdı.