"İnter"in istədiyi əcnəbi futbolçulardan birinin kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, bank klubu Omar Kossokonu heyətə qatmaq istəyir.
Xəbəri Fanat.az-a açıqlamasında "İnter"in prezidenti Georgi Nikolov da təsdiqləyib: "Bəli, Omar Kossoko maraq dairəmizdə olan futbolçudu. Amma bu transferin baş tutub-tutmayacağı hələ dəqiq bilinmir".
Qeyd edək ki, Benin əsilli fransalı futbol 1988-ci il təvəllüdlüdü. 26 yaşlı forvardın son iş yeri Bolqarıstan ÇSKA-sı olub. Omar bu komandada 2013/14 mövsümündə 24 oyun keçirib və 5 qol vurub.
Kossoko əvvəllər Fransanın "Amiens" (2008-2011, 62 oyun, 12 qol), "Oser" (2011-2012, 22 oyun, 1 qol), İngiltərənin "Kristal Palas" (2012/13, 1 oyun) və İsveçrənin "Servette" (2012/13, 9 oyun) klublarında çıxış edib.
Fanat.az