Türkiyədə gənc futbolçu avtomobil qəzasında həlak olub. Fanat.az хəbər verir ki, hadisə İzmirin Buca qəsəbəsində baş verib.
Sürücü sükana nəzarəti itirib və avtomobil aşıb. Nəticədə "Bucaspor"un U-17 komandasının 17 yaşlı üzvü Ömer Teymur həlak olub, 3 dostu ağır yaralanıb.
Fanat.az