AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib. Fanat.az xəbər verir ki, "futbolun zirvəsi" dekabrın 3-də toplaşacaq.
AFFA-nın inzibatı binasında keçiriləcək toplantı saat 11.00-da başlayacaq. İclasda A milli və U-21-in baş məşqçiləri təsdiqlənəcək:
1. Məşqçilər Komitəsinin yaradılmasının, Əsasnaməsinin və üzvlərinin təsdiqi.
2. Milli Komandanın baş məşqçisinin təsdiqinin müzakirəsi.
3. U-21 yığma komandasının baş məşqçisinin təsdiqinin müzakirəsi.
4. Klublar Komitəsinin yaradılmasının və Əsasnaməsinin təsdiqi.
5. Lisenziyalaşdırma qrupunun məlumatı.
5. Digər məsələlər.
Fanat.az