Türkiyədə 11 yaşlı futbolçular arasında keçirilən İzmir Kubokunun yarımfinal matçında keçirilən "Korriku" - "Bursaspor" matçında maraqlı hadisə yaşanıb.
Meydan sahibləri qol vurduqdan sonra sevinclərini bölüşərkən oyunun hakimi oyunu başladıb və rəqib futbolçular da hesabı bərabərləşdiriblər. Lakin qonaqların baş məşqçisi "fair-play"ə uyğun olaraq futbolçularına göstəriş verib ki, rəqibin yenidən qol vurmasına mane olmasınlar. Hadisəni daha maraqlı edən olay isə bu zaman "Korriku"nun futbolçusunun topu boş qapıya vura bilməməsi və əsəbiləşərək meyfdanı tərk etməsi olub.
Qeyd edək ki, "Bursaspor"un baş məşqçisi rəqibə 2-ci şansı verərək qol vurmaqlarına şərait yaradıb. Dünya futbolunda nadir görünən hadisə ilə sizi tanış edirik.//anspress
Fanat.az