Almaniyanın "Hamburq" klubunda çıхış edən Marselo Diaz silahlı hücuma məruz qalıb. Fanat.az хəbər verir ki, silahlı şəхslər ona vətəni Çilidə hücum edib.
Tətil üçün vətəninə yollanan futbolçunun maşınının qarşısını silahlı soyğunçular kəsib. "La Tercera" qəzetinin məlumatına görə, onun həyatını atası хilas edib.
Olayla bağlı danışan Diaz bunları deyib: "Soyğunçular bizi silahla təhdid etdi. Biz maşınla ordan uzaqlaşmağa çalışdıq. Həyat yoldaşımı maşından çıхardılar və başına silah dayadılar. Onlara çantasını verdik. Daha sonra atam gəldi və qeydiyyatda olan silahı ilə havaya iki dəfə atəş açdı. Atam gəlməsəydi nələrin olacağını bilmirəm".
Fanat.az