Futbolçunu meydançada döydülər - VİDEO

Futbolçunu meydançada döydülər - VİDEO

Yunanıstanda bir futbol matçında dava düşüb. Fanat.az xəbər verir ki, alt liqalardan birində baş tutan qarşılaşmada qoldan sonra ara qarışıb.

Cərimə zərbəsindən topu qapıya göndərən futbolçu tordan qayıdan topa zərbə endirib. Futbolçunun bu hərəkəti rəqib komandanın futbolçularını qıcıqlandırıb.

Qapıçı həmin futbolçuya təpik vuraraq onu yıxıb. Daha sonra digər futbolçularda yerdəki oyunçuya hücum çəkiblər. Hətta bir futbolçu ayağı ilə oyunçunun başına zərbə endirib. 

Hakimin müdaxiləsinə baxmayaraq futbolçuları sakitləşdirmək mümkün olmayıb. Azerkeşlərdən bəziləri də meydançaya daxil olaraq futbolçulara hücum çəkib.//anspress

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər