Futbolçunu boğmağa çalışan məşqçi cəzalandırılmayacaq - FOTO

Futbolçunu boğmağa çalışan məşqçi cəzalandırılmayacaq - FOTO

İngiltərə Futbol Assosiassiyası "Leyçester"in baş məşqçisi Naycel Pirsonu "Kristal Palas"la oyundakı davranışına görə cəzalandırmayacaq. Fanat.az xəbər verir ki, oyun epizodlarından birində Pirson onun yaxınlığında yıxılan rəqib futbolçusu Ceyms Makarturu boğmağa çalışmışdı.

"Leyçester"in çalışdırıcısı bunu futbolçunun onu təhqir etməsi ilə əlaqələndirmişdi. Bu hadisəni hakimlər briqadası gördüyünə görə İngiltərə Futbol Assosassiyası əlavə tədbir görməməyi qərara alıb.

Qarşı tərəf qərardan apelasiya şikayəti verməyi düşünür. "Kristal Palas" rəsmiləri Pirsonun cəzalanmasını tələb edir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər