Futbolçumuz baş məşqçisiz qaldı

Futbolçumuz baş məşqçisiz qaldı
Rail Məlikov baş məşqçisiz qalıb. Fanat.az xəbər verir ki, futbolçumuzun çıxış etdiyii "Dənizlispor"un çalışdırıcısı Özcan Bizati istefa verib.
Buna səbəb dünən "Kayserispor"a 0:3 hesabı ilə yenilib. Rail Məlikov bu matçın iştirakçısı olmayıb. "18-liy"ə salınan futbolçu ehtiyatda qalıb. "Dənizlispor"un yeni baş məşqçisi hələ bəlli deyil.
Qeyd edək ki, Railin komandası 8 turdan sonra 8 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər