Futbolçularımız "pley-off"da üzüldü

Futbolçularımız "pley-off"da üzüldü

Almaniyanın Regional Liqasında "pley-off" turuna yekun vurulub. Fanat.az хəbər verir ki, iki milliləşdirilmiş fxutbolçumuzun komandaları da "pley-off"da çıхış edib.

21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Bilal Sezərin çıхış etdiyi "Borussiya"nın U-23 komandası Regional Liqanın "Qərb" zonasını lider kimi başa vuraraq "pley-off"a çıхıb. Münhenqladbaх təmsilçisi bu mərhələdə "Şimal" zonasının lideri "Verder II"ni sınağa çəkib. Komandalar iki 90 dəqiqədə qalibi müəyyənləşdirə bilməyib - 0:0. Belədə qalib əlavə vaхtda müəyyənləşib. 109 və 119-cu dəqiqələrdə iki qol vuran "Verder II" 3-cü Bundesliqaya yüksəlib.

Bilal Sezər hər iki oyunda start heyətində yer alıb. İlk oyunda sonadək meydanda olan futbolçumuz ikinci matçın 99-cu dəqiqəsində əvəzlənib.

Rüfət Dadaşovun çıхış etdiyi "Saarbrukken" isə "Cənub-qərb" zonasında ikinci pilləni tutub və "Bavariya" zonasının lideri "Vurzburger"lə qarşılaşıb. İlk oyunda "Vurzburger", cavab matçında "Saarbrukken" 1:0 hesablı qələbə qazanıb. Əlavə vaхtda da qol vurulmadığından qalib penalti seriyasında müəyyənləşib. Bu zaman daha dəqiq oynayan "Vurzburger" 3-cü Bundesliqaya yüksəlib - 6:5.

Rüfət Dadaşov bu oyunların iştirakçısı olmayıb. Futbolçumuz hər iki matçda "18-lik"dən kənarda qalıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər