Futbolçularımız ilk yoxlama matçında qələbə qazandı

Futbolçularımız ilk yoxlama matçında qələbə qazandı
3 futbolçumuzun çıxış etdiyi "Qaziantep BB" ilk yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, "Pendikspor"u sınağa çəkən Qaziantep klubu Abdullah Halman və Ben Yahyanın qolları ilə 2:1 hesablı qələbə qazanıb.
Ufuk Budakla Rəhman Hacıyev start heyətində yer alıb. Vaqif Cavadov isə ikinci yarıda meydana çıxıb. 
Qeyd edək ki, "Qaziantep BB" yeni mövsümə hazırlıq çərçivəsində avqustun 5-də "Silivrispor", 8-də "Balıkəsirspor" və 10-da "Bandırnaspor"la yoxlama oyunu keçirəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər