Futbolçular İlham Əliyevə şikayət edəcək

Futbolçular İlham Əliyevə şikayət edəcək

I divizion klublarının futbolçuları etiraz aksiyasına hazırlaşırlar. 

Fanat.az-ın əldə etdiyi məlumata görə, 3 aydı maaşa həsrət qalan AFFA tərəfindən maliyyələşən klubların futbolçuları həftənin 4-cü gününədək məvacibləri ödənilməyəcəyi təqdirdə ARDNŞ və AFFA prezidenti Rövnəq Abdullayevə, eyni zamanda ölkə başçısı İlham Əliyevə və Mehriban Əliyevaya müraciət etməyi planlaşdırırlar. 

Klub rəhbərlərinin vədlərinə artıq inanmayan futbolçu, məşqçi və işçi heyətinin belə vəziyyətdə çalışmaları da mümkünsüz görünür. 

Qeyd edək ki, AFFA tərəfindən maliyyələşən I divizion klublarının oyunçuları 3 aydı maaş ala bilmir. Məlumata görə, ARDNŞ həmin vəsaiti AFFA-nın hesabına köçürsə də, Elхan Məmmədov klublara bir qəpik də vermir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər