Futbolçular bu qızdan şikayət etdi - FOTOLAR

Futbolçular bu qızdan şikayət etdi - FOTOLAR

25 yaşlı Katarina Sreçkoviç Serbiyanın "Srvena Zvezda" futbol klubunun şikayətindən sonra işindən kənarlaşdırılıb. 1PRVA telekanalındakı idman proqramının aparıcısı olan Sreçkoviç Belqrad klubunun fanatik pərəstişkarıdı və imkan düşən kimi, bu komandanın məşqçiləri, futbolçuları, texniki əməkdaşları ilə reportajlar hazırlayırdı.

Amma klub ondan telekanal rəhbərliyinə şikayətlənib. Milli.Az "European"a istinadən bildirir ki, klub bosslarının fikrincə, Sreçkoviç reportajlarında və xüsusilə də matçlar zamanı tribunada olanda "oyunçuların diqqətini yayındırır".

Katarina isə deyir ki, onun işindən kənarlaşdırılmasının səbəbi futbolçulara "ağıllı" suallar verməsidi: "Futbolçulara bəzi suallar verəndə onlar düşünür, fikrə gedir, cavab verə bilmirdilər. Yəqin, pərt olmaqdan bezənlər məndən şikayətləniblər. Axı onların imicinə zərbə dəyirdi və tamaşaçılar da futbolçuların hansı intellektual səviyyə sahibləri olduqlarını görürdü. Ekranda şəhvətli göründüyümü bəhanə edərək məni işimdən kənarlaşdırmaq absurddu".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər