Futbolçudan sürpriz qərar

Futbolçudan sürpriz qərar
“Çelsi”nin təcrübəli futbolçusu Con Terri klubu ilə müqaviləsini uzadıb. 
Fanat.az xəbər verir ki, Terri “Çelsi” ilə daha 1 illik müqaviləyə imza atıb. Mövsüm sonunda komandasından gedəcəyi gözlənilən təcrübəli futbolçu bu qərarı ilə hamını təəccübləndirib. 33 yaşlı Terri gələn mövsüm də “Çelsi”nin uğurları üçün tər tökəcək. London klubu ilə 621 oyuna çıxan müdafiəçi yeni müqaviləyə əsasən, həftəlik 175 min funt-sterlinq qazanacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər