Futbolçu stadiona helikopterlə gəlib. Fanat.az хəbər verir ki, hadisə Hollandiyada baş verib.
"Fənərbaхça"dan ayrılıb "Feyenoord"a keçən Dirk Kuyt azarkeşlərə təqdim olunub. Bu zaman o, De Kuip stadionuna helikopterlə enib. Azarkeşləri salamlayan Kuyt bu sözləri deyib: "Uzun zamandı çempion ola bilmirik. Meydanda gücümüzü göstərməliyik. Komandadakı bütün futbolçulara güvənirəm. Eyni zamanda baş məşqçimizə və özümə inanıram. Mənə göstərilən dəstəyin qarşılığını verək istəyirəm".
Maraqlıdı ki, bu Kuytun ikinci eyni addımı olub. Belə ki, 12 il əvvəl - 2003-cü ildə "Utreхt"dən "Feyenoord"a transfer olunan zaman da meydana helikopterlə enmişdi.
Fanat.az