Almaniyanın “Şpandau Kikers” klubunun futbolçusu Andres Birmann intihar edib. Fanat.az xəbər verir ki, futbolçunun meyiti öz evində tapılıb.
Klubun meneceri Günter Haqedorn bildirib ki, futbolçu depressiyadan əziyyət çəkirmiş: "Andres intihar edib. Biz hamımız şokda və dərin kədər içindəyik".
Futbolçu uzun illər depressiyadan əziyyət çəkib. O, 2003, 2009, 2012-ci illərdə də intihara cəhd edib.
Qeyd edək ki, Brimann karyerası ərzində “Sankt-Pauli” və “Union Berlin” klublarının da şərəfini qoruyub.
Fanat.az