Futbolçu çarpayının altında gizləndi, xanımını və uşağını apardılar

Futbolçu çarpayının altında gizləndi, xanımını və uşağını apardılar

Ekvadorun "Emelek" klubunun müdafiəçisi Cekson Rodrigesin ailə üzvləri qaçırılıb.

Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, bir qrup şəxs futbolçunun evinə soxularaq məkrli niyyətlərini həyata keçiriblər.

Evi qarət edən cinayətkarlar Rodrigesin həyat yoldaşını və uşağını da özləri ilə aparıblar. Həmin vaxt evdə olan arxa xətt oyunçusu çarpayının altında gizlənib.  Hazırda hüquq-mühafizə orqanlarının nəzarəti altında olan Ceksonun özünün verdiyi açıqlamaya görə, quldurlar boz rəngli "pikap"a minərək oradan uzaqlaşıblar.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər