İngiltərənin "Mançester Siti" klubunun və Argentina yığmasının hücumçusu Serxio Aquero Puma şirkətinin yeni reklamında çəkilib.
Fanat.az xəbər verir ki, reklam çarxında "gözəgörünməz" Aquero anbardan Puma şirkətinin yeni butslarını oğurlayır. Futbolçu baş verənlərdən heyrətə gələn təhlükəsizlik xidmətinin əməkdaşınin başına oyun açır.
Qeyd edək ki, Maradonanın keçmiş kürəkəni olan Aquero hazırda Argentina yığmasının tərkibində 2014-cü il dünya çempionatına hazırlaşır.
Fanat.az