Futbol tarixinin ən ciddi hakim səhvləri açıqlandı - “Tanrının əli” üçüncü yerdədir

Futbol tarixinin ən ciddi hakim səhvləri açıqlandı - “Tanrının əli” üçüncü yerdədir

"Four Four Two" maraqlı reytinq dərc edib. 

Fanat.Az xəbər verir ki, portalda futbol tarixinin ən ağır hakim səhvlərinin sıralaması təqdim olunub. 

Birinci yerdə DÇ-2006-da qeydə alınan insidentə yer verilib. Belə ki, ingilis hakim Qrem Poll ikinci sarı vərəqədən sonra Yosip Simuniçi meydandan qovmayıb. Səhv "üçüncü sarı vərəqə"dən sonra "aradan qaldırılıb". 

İkinci yerdə 2021-də baş tutan Afrika Kubokunda qeydə alınan epizoddur. Söhbət Mali - Tunis matçında baş hakim Canni Sikazvenin final fitini iki dəfə yanlış səsləndirməsindən gedir - əvvəlcə 85, sonra isə 89-cu dəqiqədə. 

Üçüncü yerdə “Tanrının əli”, daha doğrusu, 1986-cı il dünya çempionatının 1/4 finalında Dieqo Maradonanın əli ilə vurduğu qoldur. 

Dördüncü yerdə 2010-cu il mundialına vəsiqə uğrunda İrlandiya və Fransa komandaları arasında keçirilən pley-off mərhələsinin cavab matçında Tyerri Anrinin qoldan əvvəl açıq şəkildə əli ilə oynaması qeyd olunub. Halbuki isveçli hakim Martin Hansson bunu hiss etməyib. Bu qol Fransanı mundiala çıxarıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər